RU

Sumqayıtda qonşular arasında dava intihara cəhdlə bitib

Sumqayıt şəhərində qonşular arasında dava intihara cəhdlə bitib.

“Report” xəbər verir ki, hadisə şəhərin 42-ci məhəlləsində baş verib.

Belə ki, Sumqayıt şəhər sakinləri, 1980-cı il təvəllüdlü Ağamalıyeva Tünzalə Piriş qızı ilə qonşusu, 1980-cı il təvəllüdlü Bayramova Aytəkin Mayıl qızı arasına münaqişə baş verib.
Nəticədə Ağamalıyeva Tünzalə əsəbiləşib və yaşadıqları yataqxananın dəhlizində qolunu şüşə parçası ilə kəsərək intihara cəhd edib.

Избранный
705
17
demokrat.az

10Источники