RU

Türkiyənin Qəzza planı: ABŞ-a təqdim ediləcək

ABŞ Dövlət katibi Entoni Blinkenin səfəri zamanı Türkiyə xarici işlər naziri Hakan Fidan Fələstin-İsrail nizamlanması ilə bağlı Ankaranın 4 təklifini təqdim edəcək.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

“Blinkenin Fidanla sabahkı görüşündə Türkiyənin gündəmində 4 mühüm mövzu var. Bunlar dərhal atəşkəsin elan edilməsi, münaqişənin regiona yayılmasının qarşısının alınması, qarant ölkələrin formulu və humanitar yardımdır”, - məlumatda qeyd olunub.

Избранный
613
50
axar.az

10Источники