Almaniyanın Hamburq hava limanında bir nəfər avtomobili ilə baryerləri sındıraraq aprona çırpılıb.
Ednews xəbər verir ki, havaya atəş açan təcavüzkar əlindəki molotof kokteyli ilə atəş açmağa çalışıb və 4 yaşlı uşaq avtomobildə girov götürüb.
Hücum edən şəxs avtomobilini birbaşa planlaşdırılmış təyyarənin altında saxlayıb.
Federal polis Mətbuat katibi Tomas Gerbert bildirib ki, hücum edən şəxs avtomobildən iki yanan şüşə ataraq yanğın törətməyə çalışıb və hava limanının yanğınsöndürmə briqadası şüşələri söndürə bilib. Daha sonra federal və əyalət polisinin hücumçunun olduğu avtomobili mühasirəyə aldığı və xüsusi təyinatlıların hücumçunu razı salmağa çalışdığı bildirilib.
Hücum edən şəxsin 4 yaşlı uşağı da girov götürdüyü bildirilib.
Həyat yoldaşı polisə müraciət edib
Bildirilib ki, təcavüzkarın həyat yoldaşı daha əvvəl uşaq oğurluğu ilə bağlı əyalət polisinə məlumat verib.
Federal polis, ehtiyat tədbirləri səbəbindən hazırda uçuş və enişin mümkün olmadığını açıqladı. Bəzi reyslərin marşrutları dəyişdirilib, bəzi reyslər ləğv edilib. Təxminən 3200 sərnişin hadisədən təsirlənib. Hamburq polisi girovluq vəziyyətinə son qoymaq üçün səylərini davam etdirir.
Aprona girən çoxlu sayda yanğınsöndürən və polis maşını ilə yanaşı, polis helikopterləri də vəziyyəti göydən izləyir və xəbər verir.
Xəyal Ramiz
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта