Noyabrın 5-də Azərbaycan Velosiped Federasiyası və Müdafiə Sənayesi Nazirliyinin birgə təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Səbail rayonunda yerləşən Veloparkın ərazisində 8 Noyabr - Zəfər Günü münasibətilə veloyürüş keçirilib.
QHT.az xəbər verir ki, yenilməz Ordumuzun rəşadəti hesabına Vətən müharibəsində qazanılmış tarixi Qələbəyə həsr olunan veloyürüşdə milli komandanın, AVF-nin, həmçinin MSN-in Velosiped İdman Klubunun üzvləri, Dövlət Miqrasiya Xidmətinin əməkdaşları, digər peşəkar və həvəskar velosipedçilər iştirak ediblər.
Qeyd edək ki, 100 nəfərdən çox velosipedçi Veloparkın mərkəzindən start götürərək təyin olunmuş marşrut üzrə 2 dairə vurublar.
Pərvanə Fərhadqızı
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта