RU

Millimizin daha bir oyununun keçiriləcəyi stadion bəlli olub

Yığmamız Slovakiya ilə səfər görüşünü Koşitse şəhərində keçirəcək. Azərbaycan milli komandasının UEFA Millətlər Liqasının qrup mərhələsində keçirəcəyi daha bir oyunun yeri müəyyənləşib. Matc.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. Yığmamız II tur çərçivəsində Slovakiya ilə səfər görüşünü Koşitse şəhərində yerləşən Koşitse Futbol Arenasında keçirəcək. Qeyd edək ki, sentyabrın 8-də reallaşacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Избранный
108
8
matc.az

9Источники