RU

Azay Kərimov: Tutulan 337 erməninin arasında Vaqif Xaçatryan da var idi

Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin cinayət işi üzrə məhkəmədə şahid qismində ehtiyatda olan polkovnik Azay Kərimov ifadə verib.

“İki sahil” xəbər verir ki, şahid bildirib ki, Vaqif Xaçatryanı tanıyır: "Mən hərbçi olmuşam. 1990-cı il 20 yanvardan sonra baş leytenant kimi SSRİ ordusundan Azərbaycana qayıtmışam. Şuşada polisdə çalışmağa başladım. Artıq Qarabağda da münaqişə başlamışdı. Koçaryan, Sarkisyan, Vitali Balasayan erməniləri qızışdırırdılar, mitinqlərə çıxarırdılar. Koçaryanın komandası mitinqə qoşulmayan, əlinə silah almayan erməniləri ölümlə hədələyir, onlara qoşulmayanların ailəsindəki qızları zorlayırdılar. İkinci bir komanda da var idi, onlar isə səngərdən qaçan erməniləri öldürürdü.

Vaqif Xaçatryan isə Şuşada saxlanılıb. Mən işlədiyim dövrdə 337 erməni tutulmuşdu. Saxlanılanlar arasında Vaqif də var idi. Biz onunla birlikdə 4 nəfəri tutmuşduq. Bir-iki ay saxladıq, sonra damarını dişi ilə deşdi. Xəstəxanaya apardıq, tikiş atdıq. Sonra bir yol tapıb çıxdı".

Şahid deyib ki, münaqişə zamanı Malıbəyli batalyonuna rəhbərlik edib: “Hadisə günü oradan Meşəliyə getdim. Hadisəni törədən şəxslərə qarşı tədbirlər həyata keçirmişik. Kəndə çatanda 11 erməni kəndi qarət edirdi. Biz onlara zərərsizləşdirdik və ərazidən çıxartdıq”.

Azay Kərimov Samvel Babayan, Qərib adlı şəxs və digərlərinin azərbaycanlılara qarşı ən ağır cinayətlər törətdiyini bildirib: “Vaqif kimlər erməniləri məcbur ediblər ki, azərbaycanlılara qarşı cinayət törətsinlər. Samvel Babayan bir nömrəli adam idi. Onu Şuşada saxlamışdıq, 9 ay həbsxanada qaldı. Lakin bir yol tapıb məhkəmədən azadlığa çıxdı. Mən polkovnikəm, yalan danışmaram".

Избранный
208
10
ikisahil.az

10Источники