RU

Deputat güzəştli ipoteka üçün kəndlərdə də ev tikilməsini təklif etdi

İpoteka şərtləri dəyişdirilməlidir. Bakı ilə rayonlarda ipoteka şərtləri fərqli olmalıdır. Çünki rayonda, kənd yerində olan gəlirlə hazırkı ipoteka şərtləri ilə ev almaq olmaz.

Bunu Milli Məclisin Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər, Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə iclasında Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Komitə sədri bildirib ki, güzəştli ipotekaya ilə bağlı evlər təkcə Bakıda tikilir: “Niyə? Bu evlər rayonda da, kəndlərdə də tikilməlidir. Camaat öz rayonundan, kəndindən ev alsın”.

© APA

 

Избранный
518
5
marja.az

7Источники