RU

Xəzər dənizində xərçənglərin kütləvi ölümü qeydə alınıb

Bakı. Trend:

Aktau sakinləri Xəzər dənizində ölü xərçəng topaları aşkarediblər və bu, insanların bu buğumayaqlıların kütləvi ölümündənnarahatlığına səbəb olub.

Trend Qazaxıstanmətbuatına istinadən xəbər verir ki, ekologiya departamenti ərazidəsu nümunələri götürmək üçün mütəxəssislər göndərib.

Qazaxıstan Respublikası Ekologiya və Təbii SərvətlərNazirliyinin İctimai Şurasının üzvü Adilbek Kozıbakov ehtimal edirki, xırda balıqların və xərçənglərin ölümünə dənizə zərərlimaddələrin atılması səbəb olub.

Ekologiya departamentindən bildirilib ki, zərərli maddələrinyolverilən normadan artıq olub-olmadığını müəyyən etmək məqsədiləsu nümunələri götürüləcək.

Məqalədə:
Избранный
97
10
az.trend.az

10Источники