Beyin fəaliyyətini aktivləşdirir, demans və Alzheimer xəstəliyinin qarşısını alır.
Maddələr mübadiləsini sürətləndirir və həzmi yaxşılaşdırır.
İmmunitet sistemini gücləndirir.
Yorğunluğu aradan qaldırır və sakitləşdirir.
Stressi aradan qaldırır və depressiyanın qarşısını alır.
Bədəndən toksinləri və tullantıları çıxarır.
Şişkinliyi aradan qaldırır və bədxassəli şişlərin riskini azaldır.
Aclığı doyurur və uzun müddət enerji verir.
Yuxusuzluğun qarşısını alaraq daha tez yuxuya getməyə kömək edir.
"Pis" xolesterinin səviyyəsini azaldır.
Əzələləri və qan damarlarını gücləndirir, onların elastikliyini artırır.
Sinir sisteminin fəaliyyətini normallaşdırır. Bəs, masala çayı necə hazırlanır? Masala çayı hazırlamaq üçün aşağıdakı ləvazimatlara ehtiyacınız olacaq: 3-4 çay qaşığı boş yarpaqlı qara çay
Yarım litr süd
şəkər və ya bal
Ədviyyatlar: qara bibər, zəncəfil kökü, kardamon, mixək, darçın və s Hazırlanma qaydası: Bir qazanda suyu qaynadın və qara çay əlavə edin. İstiliyi azaldın və 3-5 dəqiqə bişirin. Başqa bir qabda südü qaynadın və şəkərlə balı əlavə edin. Qarışdırın. Bütün ədviyyatları toz halına gətirin. Çaya ədviyyatlar əlavə edin və aşağı istilikdə daha 1-2 dəqiqə bişirin. Çay və südü birləşdirin. Hazır çayı süzün və için.
Nuş olsun!