RU

Bu gün saat 21:00: “Fehervar” - “Sumqayıt”

Azərbaycanın UEFA Konfrans Liqasındakı təmsilçisi “Sumqayıt” bu gün II təsnifat mərhələsində cavab oyununa çıxacaq. Komanda Sekeşfexervarda Macarıstanın “Fehervar” kollektivinin qonağı olacaq.
“MOL Arena Şoşto”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. İsveçdən olan hakimlər briqadasının idarə edəcəyi qarşılaşma “İdman TV” kanalı vasitəsilə canlı yayımlanacaq.
Qeyd edək ki, komandalar arasında Sumqayıtda keçirilən ilk matçda “Fehervar” 2:1 hesablı qələbə qazanıb.
 
31 iyul
 
“Fehervar” – “Sumqayıt”
MOL Arena Şoşto. Saat 21:00
Baş hakim: Kristoffer Karlsson
Baş hakimin köməkçiləri: Mikael Hallin, Markus Lundqren Klitte
Dördüncü hakim: Oscar Yonson
(Hakimlər briqadası İsveçdəndir)
Избранный
146
1
affa.az

4Источники