RU

9-cu mərtəbədən yıxılan ana və qızının FOTOSU

Xəbər verdiyimiz kimi, ötən gün Qaradağ rayonunun Sahil qəsəbəsində ana və qızı yaşadıqları binanın doqquzuncu mərtəbəsindən yıxılıb. Hadisə nəticəsində Pərvanə Tarverdiyeva vəfat edib, yeniyetmə qızı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

KONKRET.az-ın məlumatına görə, evin balkonunda aynaları silərkən ehtiyatsızlıqdan pəncərədən yıxılan 15 yaşlı qız qonşularına məxsus avtomobilin üzərinə, qızını xilas etmək istəyən Pərvanə Tarverdiyeva isə asfaltın üstünə düşüb.

Pərvanə Tarverdiyeva bağça müəllimi olaraq çalışıb. Onun bir qızı, iki oğlu olub.

P.Tarverdiyeva və qızının fotosunu təqdim edirik: 

Избранный
158
21
konkret.az

10Источники