RU

Peru XİN başçısı istefa verdi

Perunun xarici işlər naziri Ana Sesiliya Qervasi Diaz istefa verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, nazir Peru Prezidenti Dina Boluartenin ötən həftə ABŞ-yə səfərini təşkil etdiyinə görə tənqid olunub.

Perunun xarici siyasət idarəsinin rəhbəri Boluarte ilə ABŞ Prezidenti Co Bayden arasında protokol görüşü ilə bağlı razılığa gələ bilməyib.

Избранный
698
50
qafqazinfo.az

10Источники