RU

"Azərbaycan belə bir sülh mətnini qəbul etməyəcək" - Rusiyanın vasitəçiliyi ilə sülhün PƏRDƏARXASI

Rusiya  Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin mətnini hazırlayır. Bu barədə Rusiya Təhlükəsizlik şurasının katibi Nikolay Patruşev fikir səsləndirib. Amma Ermənistanla Rusiya arasında münasibətlərin gərginliyi fonunda Kremlin vasitəçiliyinin İrəvanın ürəyincə olub-olmadığı müəyyən suallar doğurur.

Bəs görəsən, Rusiyanın vasitəçiliyi ilə sülhün imzalanması imkanları nə dərəcədə realdır?

Mövzunu "MediaPost"a şərh edən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, sülh müqaviləsinin əsas beş baza prinsipini Azərbaycan Ermənistana təqdim edib:

alt

"Bu baza prinsipi Ermənistan, ABŞ və Avropa İttifaqı tərəfindən də qəbul edilib. Qərbin vasitəçiliyində yaranan böhrandan istifadə edən Rusiya sülh müqaviləsinin mətnini hazırlayır. İki ölkə arasında əsas vasitəçi olmağa çalışır. Amma, Azərbaycan belə bir sülh mətnini qəbul etməyəcək. Ümumiyyətlə, Ermənistan Baş naziri Nikol Pasinyan Rusiyanın tam olaraq vasitəçiliyinə qarşıdır. Ona görə də Rusiyanın vasitəçiliyi ilə tərəflər arasında sülhün imzalanması imkanları də mümkün görünmür".

Müşviq Tofiqoğlu

Избранный
957
37
mediapost.az

10Источники