RU

Cəlilabadda Zəfər Günü ilə bağlı gənclər fləşmob keçiriblər

Cəlilabad rayonunda Zəfər Günü ilə bağlı gənclər fləşmob keçiriblər.

“Report”un məlumatına görə, fləşmob 8 Noyabr Zəfər Günü ilə əlaqədar “Yaşasın Azərbaycan” tədbirlər planının icrasına əsasən baş tutub.

Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Cəlilabad rayon üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə keçirilən fləşmobda Azərbaycan xəritəsi yaradılıb.

Tədbirdə 350 gənc iştirak edib.

Избранный
325
5
seher.media

7Источники