Azərbaycan atleti “Paris-2024” Yay Olimpiya Oyunlarında final mərhələsinə vəsiqə qazanıb. Yeniavaz.com xəbər verir ki, çəkicatma üzrə yarışda Anna Skidan təsnifat mərhələsində çıxış edib. O 72,55 metr nəticə ilə A qrupunda 3-ü, ümumi sıralamada isə 6-cı yeri tutaraq bu uğura imza atıb. Final mərhələsi avqustun 6-da baş tutacaq.