RU

Kurban Berdıyev - 64-cü legioner məşqçi

Azərbaycan Premyer Liqasının 2024/25 mövsümünün ilk turu “Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev üçün əlamətdar olub.

Arena.az xəbər verir ki, təcrübəli mütəxəssis Tovuz klubunun “sükanı arxası”nda debüt edib.

Rusiyalı mütəxəssisin yetirmələri “Neftçi” ilə səfər matçında bir xal qazanıblar – 0:0. Berdıyev Azərbaycan çempionatları tarixinə 64-cü legioner baş məşqçi kimi düşüb. Onadək 63 əcnəbi baş məşqçi və ya bu vəzifənin müvəqqəti icraçısı kimi komandasına rəhbərlik edib.

Berdıyev “Turan Tovuz”un tarixinə ilk legioner baş məşqçi kimi düşüb. Azərbaycan çempionatları tarixinin ilk əcnəbi mütəxəssisi isə Tovuzun digər təmsilçisi “Turan”a rəhbərlik edib. 2001/2002 mövsümündə Naci Şensoy qərblilərin “sükanı arxası”nda olub.

Xatırladaq ki, Kurban Berdıyev bu yay “Turan Tovuz”un baş məşqçisi təyin olunub. Bu postda Ayxan Abbasovu əvəz etmiş 71 yaşlı məşqçi ilə “2+1” illik müqavilə imzalanıb. Tərəflər işbirliyindən razı qalsalar, 2026-cı ildə müddət daha bir il artırılacaq.

Daha çox Rusiya təmsilçisi “Rubin”dəki uğurları ilə tanınan Kurban Berdıyev Qazaxıstanda “Kayrat”, “Taraz”, Türkiyədə “Gənclərbirliyi”, Türkmənistanda “Nisa”, İranda “Traktor”, Rusiyada “Rostov”, “Soçi”, “Dinamo” (Mahaçqala) kimi komandalara rəhbərlik edib. O, qısa müddət Türkmənistan millisində də baş məşqçi kimi çalışıb.

PRO kateqoriyalı mütəxəssis “Rubin”lə 2 dəfə Rusiya çempionu olmaqla yanaşı, 2 dəfə Rusiya Super Kuboku, 1 dəfə isə ölkə kubokuna sahib olub. Berdıyev 2020/2021 mövsümündə “Kayrat”la Qazaxıstan Kubokunu başı üzərinə qaldırıb.

Избранный
28
16
arena.az

10Источники