RU

DOST İnküziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarlarının Zəfər sevinci - VİDEO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi Zəfər Gününə həsr olunmuş yeni klip-layihə təqdim edib.

Mərkəzdən Moderator.az-a bildirilib ki, mərkəzin təlimçiləri və benefisiarlarının iştirakı ilə musiqisi Tərlan Məmmədhüseynov və Elçin Cəfərova, sözləri xalq şairi Sabir Rüstəmxanlıya məxsus olan Zəfər Mahnısına klip çəkilib. Kompozisiyanı benefisiarlar - Xaliq Şərifov, Səbinə Əsgərova, Nicat Allahyarov, həmçinin Gənc İfaçıların 4-cü Respublika Müsabiqəsində I yerin sahibi Səməd Novruzov, VII Muğam Televiziya Müsabiqəsinin xüsusi mükafatçısı Suma Tapdıqova səsləndirib. Klipin musiqi tərtibatı Rasim Məmmədova məxsusdur.

İfaçıları tarda Mərkəzin təlimçiləri - əməkdar artist Şəhriyar İmanov, violonçeldə Orxan Cumayev və İnklüziv Ansamblı müşayiət edib. Klipin çəkilişləri Mədəniyyət Nazirliyi Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında aparılıb.

 

  •  
Избранный
758
8
moderator.az

9Источники