RU

Çempionlar Liqası: "Qarabağ" bu gün Bolqarıstan klubunu qəbul edəcək

"Qarabağ" bu gün UEFA Çempionlar Liqasında növbəti oyununu keçirəcək.

Ednews Report-a istinadən xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda III təsnifat mərhələsinin ilk oyununda Bakıda Bolqarıstanın “Ludoqorets” klubunu qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 20:00-da start götürəcək. Matçın baş hakimi isveçrəli Urs Şnider olacaq.

UEFA Çempionlar Liqası

III təsnifat mərhələsi, ilk oyun

20:00. “Qarabağ” – “Ludoqorets”Baş hakim: Urs ŞniderTofiq Bəhramov adına Respublika stadionu

Qeyd edək ki, cavab görüşü avqustun 13-də "Ludoqorets Arena"da gerçəkləşəcək.

Избранный
109
32
ednews.net

10Источники