RU

Kiyev bunu etmədən AB-yə üzv ola bilməz - Polşa

Ukrayna Volın qırğını zamanı öldürülən polyakların qalıqlarını ekshumasiya etmədən AB-yə üzv olmaq arzusunda olmamalıdır.

Axar.az xəbər verir ki, bunu Polşa xarici işlər nazirinin müavini Pavel Yablonski deyib.

“Ukraynalıların özlərinin də başa düşdüyü bu problemi həll etmədən Kiyevin AB-yə daxil olmaq barədə düşünməyə belə əsası yoxdur”, - o bildirib.

Yablonskinin sözlərinə görə, öldürülən polyakların cəsədlərinin ekshumasiyası məsələsi həll edilmədən Ukrayna ilə uzunmüddətli barışıq mümkün deyil.

O əlavə edib ki, AB ölkələrin birliyidir, ona görə də onun üzvləri arasında həll olunmamış mübahisələr və problemlər olmamalıdır.

Избранный
340
36
axar.az

10Источники