RU

“Paris-2024”: Braziliya qadın voleybol millisi yarımfinala vəsiqə qazanıb

“Paris-2024”:

Bakı, 6 avqust, AZƏRTAC

Braziliyanın qadınlardan ibarət voleybol millisi “Paris-2024” Yay Olimpiya Oyunlarında yarımfinala yüksəlib.

AZƏRTAC xəbər verir ki, 1/4 finalda Dominikan Respublikası ilə qarşılaşan “sambaçılar” rahat qələbə qazanıblar – 3:0.

Braziliya seçməsi yarımfinalda ABŞ – Polşa cütünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, daha əvvəl Türkiyə seçməsi Çin komandasını məğlub edərək 1/2 finala vəsiqə qazanıb.

Избранный
62
4
azertag.az

5Источники