RU

“Ludoqorets”in baş məşqçisi: Hər şey Bolqarıstanda həll olunacaq

“Ludoqorets”in

Bakı, 6 avqust, AZƏRTAC

Hər şey Bolqarıstanda həll olunacaq.

AZƏRTAC xəbər verir ki, bu sözləri Bolqarıstanın “Ludoqorets” komandasının baş məşqçisi Georgi Dermenciyev UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində səfərdə “Qarabağ”ı (2:1) məğlub etdikləri oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.

O, hər iki topu “Qarabağ”ın boşluq yaratdığı zonalardan vurulduğunu bildirib: “Rəqib hücumda daha çox olurdu. Buna görə də boşluqlar yaratdılar. Futbolçularım da bundan yaxşı istifadə etməyi bacardılar”.

Mütəxəssis cavab matçında iki futbolçularının olmamasının komandaya mənfi təsir edəcəyini söyləyib: “Təəssüf ki, iki oyunçumuzu itirdik. Amma biz ruhdan düşmürük. Onları əvəzləyəcək futbolçular var”.

Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması avqustun 13-də Bolqarıstanda olacaq.

Избранный
77
9
azertag.az

10Источники