RU

Azərbaycanlı hakim Moldova klubunun oyununa təyinat alıb

Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev növbəti təyinat alıb.

"Cebheinfo.az" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, Moldovada yerli "Şerif" və Sloveniyanın “Olimpiya” komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda hakim-inspektor olacaq.

İtaliyalı baş hakim Mauritsio Marianinin idarə edəcəyi qarşılaşma Tiraspol şəhərində yerləşən “Şerif Arena”da təşkil ediləcək.

Qeyd edək ki, matç avqustun 15-də reallaşacaq.

"Cebheinfo.az"

Избранный
247
9
cebheinfo.az

10Источники