Noyabrın 9-da Özbəkistanın paytaxtı Daşkənd şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 16-cı Zirvə toplantısı keçirilir. Manset.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevi, digər dövlət və hökumət başçılarını qarşılayıb.Sonra birgə foto çəkdirilib.