RU

"Osiyek" - "Zirə" görüşündə ilk hissə yekunlaşdı - YENİLƏNİB

UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk görüşü çərçivəsində davam edən "Osiyek" (Xorvatiya) - "Zirə" görüşündə ilk hissə yekunlaşıb.   Manset.az xəbər verir ki, "Opus Arena"dakı matçda meydan sahibləri fasiləyə üstün yollanıblar - 1:0. 39-cu dəqiqədə Anton Matkoviç fərqlənib. *** UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk görüşü çərçivəsində "Osiyek" (Xorvatiya) - "Zirə" görüşündə hesab açılıb. "Opus Arena"dakı matçda meydan sahibləri hesabda önə keçib - 1:0. 39-cu dəqiqədə Anton Matkoviç fərqlənib. 20:32 Azərbaycanı Konfrans Liqasında təmsil edən “Zirə” 3-cü təsnifat mərhələsində ilk matçına çıxır. Manset.az xəbər verir ki, Rəşad Sadıqovun komandası Xorvatiyada yerli “Osiyek”lə qarşılaşacaq.  Matç Bakı vaxtı ilə 22:00-da start götürəcək. Bu raundun cavab oyunları avqustun 15-də gerçəkləşəcək. Avropa Konfrans Liqası
3-cü təsnifat mərhələsinin ilk oyunları
8 avqust

22:00. “Osiyek” (Xorvatiya) – “Zirə”
Baş hakim: Aristotelis Diamantopulos
Baş hakimin köməkçiləri: Konstantinos Psarris, Konstantinos Triantafillou
Dördüncü hakim: Konstantinos Perrakis
VAR hakimləri: Stefanos Koymparakis, Spiridon Zampalas
(Hakimlər briqadası Yunanıstandandır)
Osiyek. “Opus Arena”.

Избранный
436
4
manset.az

10Источники