RU

ABŞ patrulu Mosul yaxınlığında hücuma məruz qalıb

ABŞ

Bakı, 10 noyabr, AZƏRTAC

ABŞ Silahlı Qüvvələrinin və İraqın Terrorla Mübarizə Xidmətinin patrulu ölkənin şimalında, Mosul şəhəri yaxınlığında hücuma məruz qalıb.

AZƏRTAC xəbər verir ki, “Reuters” bu barədə təhlükəsizlik mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, konvoy partlayıcı qurğu ilə partladılıb. Ölən və yaralanan yoxdur.

Qeyd edək ki, oktyabrın 24-də İraqın İslami Müqavimət Hərəkatının nümayəndəsi Cəfər əl-Hüseyni “Al Mayadeen” telekanalına bildirib ki, “Mücahid bölmələri Qəzza zolağında fələstinli qardaşlarının tərəfində çıxış edib və Amerika bazalarına hücumlar onlara dəstək olmaq üçündür”.

Xatırladaq ki, Pentaqonun sözçüsü Patrik Rayder oktyabrın 17-dən ABŞ-ın bölgədəki bazalarına 30-dan çox hücumun həyata keçirildiyini, nəticədə 28 hərbçinin yaralandığını bildirib.

 

Избранный
1359
50
azertag.az

10Источники