RU

Bakı metrosunda sərnişin ÖLDÜ

Bu gün səhər "Həzi Aslanov-Dərnəgül" marşrutu üzrə xəttə çıxan qatarın maşinisti saat 06:06-da sərnişinin halının pisləşməsi barədə dispetçer mərkəzinə məlumat verib. 

"Bakı Metropoliteni" QSC-dən Bizim.Media-ya bildirilib ki, dərhal təcili tibbi yardım xidməti dəvət edilməklə sərnişin "Neftçilər" stansiyasında düşürüldükdən sonra dünyasını dəyişib. 

Tibbi personal 70 yaş civarında olan sərnişinin vəfat etməsi faktını təsdiqləyib. 

Bizim.Media

Избранный
412
49
bizim.media

10Источники