RU

Premyer Liqa: “Qarabağ” “Kəpəz”in həsrətini 33 matça çıxardı

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 2-ci turuna start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış matçında son çempion “Qarabağ” doğma meydanda “Kəpəz”lə münasibətlərinə aydınlıq gətirib. “Azərsun Arena”da təşkil olunmuş qarşılaşmada meydan sahibləri darmadağına seviniblər.

Xatırladaq ki, “Qarabağ” ölkə çempionatı çərçivəsində 32 oyun idi “Kəpəz”ə uduzmurdu. Bu oyundan sonra seriya 33-ə çatıb.

2-ci turun qalan qarşılaşmaları qarşıdakı günlərdə keçiriləcək. Belə ki, sabah “Araz-Naxçıvan” “Şamaxı”nı, “Səbail” isə “Neftçi”ni qəbul edəcək. “Turan Tovuz” – “Sumqayıt” və “Sabah” – “Zirə” matçları da bazar gününə təsadüf edəcək.

Premyer Liqa
2-ci tur
9 avqust

“Qarabağ” – “Kəpəz” 3:0
Qollar: Riçard Almeyda, 48. Abdullah Zubir, 72. Olavio Juninyo, 84.
Hakimlər: Rauf Allahverdiyev, Namiq Hüseynov, Teymur Teymurov, Elvin Bayramov
Bakı. “Azərsun Arena”, 20:00.

Qarabağ: 12. Sadiq Məmmədzadə , 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov (k), 30. Abbas Hüseynov, 24. Aleksey İsayev, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 66. Patrik Andrade, 17. Hamidu Keyta, 2. Mateus Silva, 19. Redon Cica.
Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 13. Bəhlul Mustafazadə, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 81. Kevin Medina, 7. Yassin Benzya, 8. Marko Yankoviç, 18. Olavio Juninyo, 6. Julio Romao, 15. Leandro Andrade.
Baş məşqçi: Qurban Qurbanov.

Kəpəz: 1. Rojerio Santos, 2. İlkin Qırtımov, 7. Ehtiram Şahverdiyev, 99. Əli Səmədov, 8. Elmir Tağıyev, 17. Ümid Səmədov, 78. Yahor Xvalko (k), 28. Redon Mihana, 10. Karim Lkuça, 19. Lassana Ndiaye, 77. Viktor Braqa.
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 3. Vurğun Hüseynov, 70. Nicat Süleymanov, 20. Mahir Həsənov, 6. Nemət Musayev, 15. Cavad Kərimov, 66. Arzu Atakişiyev, 44. Nihat Fərəci.
Baş məşqçi: Adil Şükürov.

Избранный
105
2
arena.az

10Источники