“Biz Cənubi Qafqazdakı vəziyyətlə bağlı şəraiti müzakirə etdik”.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan “X” səhifəsində Fransaya səfəri zamanı Prezident Emmanuel Makronla müzakirə etdikləri məsələdən yazarkən vurğulayıb.
O qeyd edib ki, səfər zamanı Ermənistanla Fransa arasında ikitərəfli münasibətlərin güclənməsini, Avropa İttifaqı ilə əməkdaşlığa dair məsələləri də müzakirə ediblər.