RU

Braziliyalı atlet Yay Olimpiya Oyunlarında sevgilisinə evlənmə təklifi etdi - VİDEO

Braziliyalı atlet Almir Dos Santos Parisdə keçirilən Yay Olimpiya Oyunlarında üç təkanla tullanma üzrə finaldakı çıxışını başa vurduqdan sonra stadionda sevgilisinə evlənmə təklifi edib.
 
Moderator.az xarici KİV-ə istinadən xəbər verir ki, idmançının sevgilisi təklifi müsbət cavablandırıb.
 
Məlumat üçün əlavə edək ki, Dos Santos hündürlüyə tullanma üzrə yarışlarda 11-ci yeri tutub. Onun ən yaxşı cəhdi 16,41 metr olub. Sözügedən yarışın qalibi ispaniyalı atlet Xordan Alexandro Dias Fortun olub.

Избранный
148
3
moderator.az

10Источники