15 yaşadək qızlardan ibarət Azərbaycan milli komandasının Bakıda təşkil olunan təlim-məşq toplanışı başa çatıb. Matc.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, milli hazırlıq çərçivəsində yoxlama görüşü keçirib. Baş məşqçi Gülənbər Qasımovanın rəhbərlik etdiyi komanda 17 yaşadək qızlardan ibarət milli ilə qarşılaşıb. Milli Komandaların Təlim-Məşq Mərkəzində baş tutan oyun 3:3 hesabı ilə yekunlaşıb. U-15-in qollarını Tahirə Rəcəb, Məryəm Səmədli və Sara Səlimova vurublar. U-17-nin heyətində Aylin Kərimova biri onbirmetrlik zərbədən olmaqla iki dəfə, Yelizaveta Vaysman isə bir dəfə fərqlənib.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта