RU

Futbolçu oyun zamanı həyatını itirdi

Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərlinin çıxış etdiyi “Eqnatiya” klubunun hücumçusu Rafael Dvamena oyun vaxtı həyatını itirib. Manset.az Lent.az-a istinadən xəbər verir ki, qanalı forvard Albaniya Superliqasının XIII turunda bu gün “Partizani”yə qarşı keçirilən matçın 24-cü dəqiqəsində huşunu itirərək yerə yıxılıb.28 yaşlı oyunçu təcili tibbi yardım maşını ilə dərhal xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Futbolçunun ürəktutmadan öldüyü bildirilib.Rafael Dvamenanın ürəyinə 2020-ci ildə kardioverter-defibrillyator cihazı quraşdırılıb.

Qeyd edək ki, Vüsal İsgəndərli cari mövsümün əvvəlindən “Eqnatiya” komandasında çıxış edir.

Избранный
405
5
manset.az

10Источники