Boliviyada Puerto Suares və Santa Kruz şəhərləri istiqamətində hərəkət edən sərnişin avtobusunun yük maşını ilə toqquşması nəticəsində 8 nəfər ölüb, 40 nəfər yaralanıb.
Bu barədə AzNews.az xarici mətbuata istinadən xəbər verir.
Qeyd edilir ki, yaralılardan bəzilərinin vəziyyəti ağırdır. Əraziyə çoxlu sayda təcili yardım və xilasedici göndərilib.