Astana məhkəməsi Qazaxıstanın keçmiş milli iqtisadiyyat naziri Kuandıq Bişimbayevin həbsinə qərar verib.Gununsesi.info TASS-a istinadən xəbər verir ki, bu barədə məhkəmənin mətbuat xidməti məlumat yayıb.“Noyabrın 11-də Astana şəhərinin ixtisaslaşdırılmış rayonlararası istintaq məhkəməsi şübhəli şəxs Kuandıq Bişimbayev barəsində iki ay müddətinə həbs-qətimkan tədbiri seçilməsinə icazə verib”, – məhkəmə qeyd edib.Keçmiş yüksək vəzifəli məmurun konkret nədə ittiham olunduğu açıqlanmır.Bundan əvvəl yerli media Bişimbayevin Astanada restoranda ölümlə nəticələnən insident səbəbindən saxlanıldığını yazmışdı.Qeyd edək ki, Kuandıq Bişimbayev 2016-cı ilin may-dekabr aylarında Qazaxıstanın milli iqtisadiyyat naziri olub. 2018-ci ildə rüşvət və əmlak oğurluğuna görə 10 il müddətinə azadlıqdan məhrum edilib. İl yarım sonra Çimkent məhkəməsinin qərarı ilə Bişimbayev şərti azadlığa buraxılıb.Gununsesi.info
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта