RU

Polad Bülbüloğlunu Elmar Məmmədyarov əvəz edəcək? - Açıqlama

Sabiq xarici işlər naziri Elmar Məmmədyarovun Rusiyaya səfir təyin olunacağı ilə bağlı məlumat yayılıb.

Axşam.az xəbər verir ki, sentyabrın 1-də keçiriləcək Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdən sonra E.Məmmədyarovun səfir kimi Moskvaya göndəriləcəyi iddia edilib.

Lakin Elmar Məmmədyarov Musavat.com-a açıqlamasında xəbəri təkzib edib:

“Polad Bülbüloğunu artıq seçmisiniz? (Gülür). Nəyə əsaslanaraq? Bu barədə xəbərin yazılması haqda məlumatım yoxdur. Kim mənə səfir olacağım barədə təklif edib? Ortada bir şey yoxdur. Yalnız jurnalistlər yazırlar. Mənim üçün də çox maraqlıdır, zəng vurun soruşun, mənbəni haradan götürüblər... Əvvəlcə Polad Bülbüloğu deputat seçilməlidir, sonra bu məsələyə toxunmaq olar. Məni səfir görmək istəyirsizsə, sizin əlinizdə olsaydı, mən deyərdim, hə (Gülür). Amma bilirsiniz sistem necə işləyir? Mənə təklif olunandan sonra bu məsələyə baxmaq olar. Məsələni həll etmək üçün məsələ yetişməlidir, ortaya çıxmalıdır”.

Qeyd edək ki, Elmar Məmmədyarovun səfir təyin ediləcəyi barədə məlumatı ilk olaraq Demokrat.az saytı yayıb.

Избранный
120
29
turanpress.com

10Источники