RU

İsrail Qəzzada atəşkəs elan etdi

İsrailin Müdafiə Qüvvələri Qəzza zolağının şimalındakı Cebaliya qaçqın düşərgəsi ərazisində döyüşləri müvəqqəti dayandırıb.

Publika.az-ın xəbərinə görə, bu barədə TASS ordunun mətbuat katibi Avixay Edriyə istinadən məlumat yayıb.

“Yerli vaxtla saat 10:00-dan 14:00-a qədər ərzaqların çatdırılması və əhalinin təxliyəsi üçün Cəbəliyə bölgəsində humanitar məqsədlərlə hərbi əməliyyatlar müvəqqəti olaraq dayandırılacaq”, - Edri qeyd edib.

Bundan əlavə, onun sözlərinə görə, fələstinlilərin Qəzzanın şimalından cənubuna təxliyəsi üçün səhər saat 09:00-dan 16:00-a qədər humanitar dəhliz fəaliyyət göstərəcək.

Избранный
265
26
publika.az

10Источники