RU

UEFA Çempionlar Liqası: "Qarabağ" "Dinamo Zaqreb" görüşünün saatı bəlli olub

UEFA Çempionlar Liqasının pley-off mərhələsində keçiriləcək "Qarabağ" "Dinamo Zaqreb" görüşünün saatı dəqiqləşib.

Missiya.Az xəbər verir ki, komandalar arasında ilk görüş Xorvatiyada avqustun 20-də, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Cavab matçı isə avqustun 28-də Tofiq Bəhramov adına Respublika stadionunda saat 20:45-də start götürəcək.

Qeyd edək ki, Azərbaycan çempionu III təsnifat mərhələsində Bolqarıstan təmsilçisi "Ludoqorets"i mübarizədən kənarlaşdırıb. Bakıda rəqibinə 1:2 hesabı ilə uduzan "köhlən atlar" səfərdəki matçın əsas vaxtında 3:2 hesabı ilə qalib gəliblər. Əlavə vaxtda rəqibinə dörd qol vuran "Qarabağ" 7:2 hesablı qələbəyə sevinib.

Избранный
116
26
missiya.az

10Источники