RU

Fransanın Ermənistanı silahlandırması, Avropa İttifaqının buna göz yumması Brüssel sulh prosesinə zərbədir -ŞƏRH

Qərbin, xüsusilə Makron Fransasının əsas istəyi Cənubi Qafqazı yenidən alovlara qərq etməkdir.  Məhz bu səbəbdən Fransa bir ucdan Ermənistanı  silahlandırmaqda davam edir. “Caliber”in etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, bu saatlarda Fransanın Ermənistana göndərdiyi hərbi texnika Gürcüstan ərazisindən təcavüzkar ölkə ilə olan sərhədə doğru hərəkət edir. Həbri texnikaya “Acmat” şirkətinin istehsalı olan “Fransa Bastion” markalı çoxməqsədli zirehli maşınlar, həmçinin həmin qurğular üçün çün avadanlıqlar daxildir. Həmin silahları Hayastana göndərən isə Fransanın ARQUUS şirkətidir. 

Fransa Gürcüstan üzərindən Ermənistana hərbi texnika göndərir

Ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş Azərbaycan qonşusuna heç bir təhdid yaratmır. Hətta rəsmi Bakı ən yüksək səviyyədə bəyan edib ki, bizim Ermənistan ərazisində gözümüz yoxdur. Daha doğrusu, təcavüzkar ölkədən fərqli olaraq, rəsmi Bakı Ermənistana qarşı hər hansı ərazi iddia irəli sürməyib.  Amma Qərb, xüsusilə  ölkəmizə qarşı hədyanlar yağdıran Fransa isə bunların heç birinə əhəmiyyət vermir. Hətta Makron Fransası utanıb-qızarmadan Azərbaycanın yaxın günlərdə və ya həftələrdə Ermənistana qarşı “hərbi müdaxilədən dərin narahatlıq keçirdiyini” də açıq-aşkar tirajlayır. Odur ki, “bacı”sını silahlandırır. Bununla da hayları növbəti hərbi qarşıdurmaya təhrik edir.  Halbuki, ölkəmizin 20 faiz ərazisinin haylar tərəfindən işğalına göz yuman və ərazilərimizdə separatizmi təşviq edən Fransanın Azərbaycan tərəfini Ermənistanın ərazi bütövlüyü və suverenliyinə təhdid yaratmaqda ittiham etməsi olduqca gülüncdür və qəbuledilməzdir. 

“Fransanın Ermənistana silah verməsi sülhə deyil, yeni qarşıdurmaya xidmət edən yanaşmadır və əgər regionda hər hansı yeni qarşıdurma baş verərsə, bunun səbəbkarı məhz Fransa olacaq”

Şübhəsiz, BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Fransanın  Ermənistana silah ixrac etməsi birmənalı olaraq danışıqlar prosesinə, o cümlədən Çənubi Qafqazda kövrək sülhə ciddi zərbədir. Digər tərəfdən, Ermənistan Fransanın bu addımlarından cəsarətlənərək əvvəlki illərdə olduğu kimi, hərbi təxribatlarına davam etdirəcəyi şəksizdir. Bütün bunlar isə Makron Fransasının beynəlxalq hüquq normalarına məhəl qoymamasından xəbər verir. Bu ölkənin yalnız bir məqsədi var: Cənubi Qafqazda möhkəmlənmək naminə yeni toqquşmalara və hətta hərbi əməliyyatların bərpasına nail olmaq!

Bəli, bu gün görünən odur ki, Fransa Ermənistanı silahlandırmaq siyasətindən əl çəkmək fikrində  deyil.  Fikrimizcə, bu məqamda Prezident İlham Əliyevin aşağıdakı sözlərini xatırlatmaq yerinə düşərdi: “Fransanın Ermənistana silah verməsi sülhə deyil, yeni qarşıdurmaya xidmət edən yanaşmadır və əgər regionda hər hansı yeni qarşıdurma baş verərsə, bunun səbəbkarı məhz Fransa olacaq”.

Amma nə qədər qəribə olsa da, Qərbin bir sıra ölkələri, eyni zamanda demokratiyadan dəm vuran beynəlxalq qurumları Fransanın Ermənistana   öldürücü silahların verilməsinə göz yumur. Məgər onlar anlamırlar ki, Fransanın bu addımları Ermənistanın aqressiv iddialarını güclənməsinə gətirib çıxaracaq və bütün regionun sabitliyini təhlükə altına salacaq? Məgər onlar anlamırlar ki, bölgəmizdə sülh və sabitliyə mane olan təcavüzkar Ermənistanı dəstəkləmək və silahlandırmaq məqsədi daşıyan Fransanı məkrli siyasətinə son qoymağa çağırmaq lazımdır? Məgər onlar anlamırlar ki, Fransa iki ölkə arasında gərginliyi qoruyub saxlamaq siyasəti yürüdür? Şübhəsiz, anlayırlar. Görünür, son illər Azərbaycanın bölgədə söz sahibi olması, Cənubi Qafqaza yeni reallıqlar bəxş etməsi onların da ürəyincə deyil. 

Bir sözlə, Fransanın regiondakı siyasəti sülhə təhdiddir, dağıdıcı xarakter daşıyır. Amma  Cənubi Qafqazda “yuva” qurmağa çalışan, regionumuzu “qan çanağına” çevirməyə hazırlaşan Fransanın bu gün bölgədə yeni reallıqlar yaradan Azərbaycanla təzyiq dilində danışmaq istəyi və bacısını silahlandırması mənasızdır.  Faktiki olaraq Fransanın Ermənistanı silahlandırması, Avropa İttifaqının buna göz yumması sulh prosesinin əleyhinədir. Bununla da onlar elə özləri Brüssel sulh prosessinə zərbə vurmuş olurlar.

Qvami Məhəbbətoğlu, “İki sahil”

Избранный
1146
37
ikisahil.az

10Источники