RU

Hüseyn Bakılıdan danışan Kübra Əliyeva: "Bu yaxınlarda görüşmüşdük" - FOTO

Əməkdar artist Kübra Əliyeva mərhum qarmon ustası Hüseyn Bakılı ilə bağlı paylaşım edib.

BAKU.WS xəbər verir ki, o şəxsi instaqram hesabında sənətçi ilə olan fotolarını izləyiciləri ilə bölüşüb.

Əliyeva onu 40 ildir ki, tanıdığını bildirib:

"Çox kədərli xəbər oldu. 40 il olar ki, mən Hüseyni tanıyıram. "Şirbalanın məhəbbəti" TV tamaşasından... Özünəməxsus sənəti var idi. Bu yaxınlarda görüşmüşdük. Bu da son. Allah məkanını cənnət eləsin gözəl insan".

Qeyd edək ki, tanınmış qarmon ifaçısı Hüseyn Bakılı 72 yaşında dünyasını dəyişib. Bu barədə aparıcı Hacı Nuran Hüseynov feysbuk hesabında qeyd edib. O mərhumla fotolarını paylaşaraq onun bu gün vəfat etdiyini yazıb.

Избранный
1256
42
baku.ws

10Источники