RU

"Barselona" dünya çempionu ilə maraqlanır

İspaniyanın "Barselona" klubu heyətini yeni futbolçu ilə gücləndirmək niyyətindədir.

 

Sportnet.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi Səudiyyə Ərəbistanının "Əl-İttihad" komandasında çıxış edən NQolo Kante ilə maraqlanır.

 

33 yaşlı yarımmüdafiəçinin maliyyə tələbləri çox olmasa, onunla müqavilə bağlanıla bilər.

 

Qeyd edək ki, Kante ötən mövsüm klub səviyyəsində meydana çıxdığı 44 oyunda 4 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. O, 2018-ci ildə Fransa millisi ilə dünya çempionu olub.


Избранный
17
8
sportnet.az

10Источники