RU

“Sumqayıt” brazilyalı futbolçunu transfer edib

Bakı, 15 avqust, AZƏRTAC

Yeni mövsüm üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçunu heyətinə cəlb edib.

Klubdan AZƏRTAC-a verilən məlumata görə, "kimyaçılar" braziliyalı futbolçu Alan Diasla 1+2 illik müqavilə imzalayıb. 25 yaşlı müdafiəçi yeni komandasında 5 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, “Sumqayıt” indiyədək Rəhim Sadıxov, Fernando Medeiros, Slavişa Radoviç, Nikola Vuynoviç, Sərtan Taşqın və Silvanus Nimelinin keçidini reallaşdırıb.

Избранный
104
20
azertag.az

10Источники