RU

UEFA Konfrans Liqası: “Sabah” - “Sent Patriks” oyunu başa çatıb  YENİLƏNİB - 3

UEFA

Bakı, 15 avqust, AZƏRTAC

UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində üz-üzə gələn “Sabah” və İrlandiyanın “Sent Patriks” komandaları arasında oyun başa çatıb.

AZƏRTAC xəbər verir ki, “Əlincə” stadionunda keçirilən qarşılaşma rəqibin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

İlk görüşdə də minimal üstünlüklə qalib gələn "Sent Patriks" adını pley-off mərhələsinə yazdırıb. "Sabah isə avrokuboklarla vidalaşıb.

21:18

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində üz-üzə gələn “Sabah” və İrlandiyanın “Sent Patriks” komandaları arasında oyunda hesab açılıb.

AZƏRTAC xəbər verir ki, “Əlincə” stadionunda keçirilən qarşılaşmada rəqib komanda hesabda önə keçib -1:0.

Paytaxt təmsilçisinin heyətində 48-ci dəqiqədə Rəhman Daşdəmirov avtoqol müəllifi olub.

20:53

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində üz-üzə gələn “Sabah” və İrlandiyanın “Sent Patriks” komandaları arasında oyunda birinci hissə başa çatıb.

AZƏRTAC xəbər verir ki, “Əlincə” stadionunda keçirilən qarşılaşmada kollektivlər fasiləyə qolsuz heç-heçə ilə yollanıblar.

20:01

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində üz-üzə gələn “Sabah” və İrlandiyanın “Sent Patriks” komandaları arasında matç başlayıb.

AZƏRTAC xəbər verir ki, “Əlincə” stadionunda keçirilən qarşılaşma saat 20:00-da start götürüb. Matçı Rumıniyadan olan hakimlər briqadası idarə edir.

Xatırladaq ki, ilk görüşdə “Sabah” 1:0 hesabı ilə məğlub olub.

Избранный
26
5
azertag.az

9Источники