RU

“Zirə” pley-offa yüksəlib, “Sabah” mübarizəni dayandırıb

Azərbaycanın UEFA Konfrans Liqasındakı təmsilçiləri “Zirə” və “Sabah” bu gün III təsnifat mərhələsində cavab oyunlarına çıxıblar. Hər iki komanda rəqibini öz meydanında qəbul edib.
“Zirə” “Dalğa Arena”da Xorvatiya klubu “Osiyek”lə üz-üzə gəlib. İlk matçda 1:1 hesablı heç-heçə edən komandalar bu dəfə də bərabərə qalıblar. Qarşılaşmanın 120 dəqiqəsi 2:2 hesabı ilə yekunlaşıb. “Zirə”nin heyətində qolları 54-cü dəqiqədə penaltidən Qismət Alıyev və 90-cı dəqiqədə Davit Volkov vurublar. Penaltilər seriyasında 2:1 hesablı qələbə qazanan “Zirə” pley-off mərhələsinə yüksəlib.
Təmsilçimiz növbəti raundda Kiprin “Omoniya” klubu ilə qarşılaşacaq. “Zirə” ilk oyununu avqustun 22-də səfərdə, cavab matçını isə ayın 29-da evdə keçirəcək.
“Sabah” isə “Əlincə” stadionunda İrlandiyanın “Sent Patriks” komandasını qəbul edib. “Sent Patriks” ilk görüşdə olduğu kimi, Bakıda da 1:0 hesablı qələbə qazanıb. Bununla “Sabah” Konfrans Liqasında mübarizəni dayandırıb.
Избранный
238
affa.az

1Источники