RU

Türkiyədə meşə yanğınları tüğyan edir: yaşayış məntəqələrinə yaxınlaşıb

Bakı. Trend:

İzmirin Karşıyaka rayonunda, Yamanlar dağında davam edən yanğınküləyin təsiri ilə böyüyüb və yaşayış məntəqələrinə yaxınlaşıb.

Trend türk KİV-lərinəistinadənxəbər verir ki, təbii fəlakətlə əlaqədar Doğançay vəSancaklı məhəllələri təxliyə edilib.

Məlumata görə, bir neçə ev yanğından zərər görüb.

Qeyd edək ki, meşə yanğınları Türkiyənin digər ərazilərini dəcənginə alıb. Bolu şəhərində dünən günorta saatlarında başlayan vəküləyin təsiri ilə təxminən 100 hektar əraziyə yayılan meşə yanğını21 saatdır, davam edir. Boludakı yanğının tüstüsü Eskişehirsəmasını bürüyüb.

Manisada isə meşə yanğını üçüncü gündür ki, davam edir.

Избранный
37
14
az.trend.az

10Источники