Bakı. Trend:
Dünyanın ən böyük elektrik enerjisi istehlakçılarından biri olanAvropa İttifaqında (Aİ) enerji daşıyıcılarına artan tələbat yenilayihələrin başlamasına təkan verir. Nəticədə Azərbaycanın Avropaüçün əhəmiyyəti artır. Azərbaycan aparıcı enerji ötürmətexnologiyalarının hazırlanmasında xüsusi rol oynayır.
2022-ci ilin dekabrında Buxarestdə "Global Gateway" təşəbbüsüçərçivəsində yeni layihə təsdiq oluub. "Black Sea Energy" sualtıelektrik kabel layihəsi Avropa üçün təhlükəsiz enerji mənbələrininyaradılmasına yönəlib. Bununla əlaqədar olaraq, Buxarestdə AvropaKomissiyası, Azərbaycan, Rumıniya, Macarıstan və Gürcüstan arasındaStrateji Tərədaşlıq haqqında Saziş imzalanıb.
Layihənin əsas prioritetini Azərbaycan və Gürcüstan ərazisindənkeçən sualtı elektrik kabeli vasitəsilə Rumıniyaya bərpa olunanenerjinin tədarükü təşkil edir. İlkin olaraq 2,3 milyard dollarlıqbüdcəyə malik layihənin 2029-cu il üçün istismara veriləcəyigözlənilir.
Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen sazişləbağlı açıqlamasında bu layihənin Aİ və Cənubi Qafqaz ölkələriniyaxınlaşdıracağını bildirib. Cənubi Qafqazın iki ölkəsi -Azərbaycan və Gürcüstan bir sıra enerji və tranzit təşəbbüslərini,o cümlədən Bakı-Tbilisi-Ceyhan layihəsini həyata keçirməklə Avropaüçün mühüm layihələrdə nə dərəcədə mühüm tərəfdaşlar olduqlarınısübut ediblər. Gələcəkdə, regionda sülh və sabitlik təmin ediləndənsonra Ermənistanın da bu təşəbbüsə qoşulacağı istisna deyil. Hər üçtərəfin alternativ enerji sahəsində mühüm potensiala malik olmasıfaktı onları Avropa üçün mühüm strateji tərəfdaşlara çevirir.
Bütünlükdə Azərbaycanın bərpa olunan enerji potensialı quruda 27qiqavatt və Xəzər dənizinin şelfində 157 qiqavattdır. 2027-ciilədək bu potensialın 4 qiqavattı reallaşdırılacaq, 80 faizi isəixraca yönələcək və tezliklə bu rəqəmin 25 qiqavattadək artacağıgözlənilir. Azərbaycan 2027-ci ilədək 6 qiqavatt əlavə ötürücülükimkanının yaradılmasını planlaşdırır. Bir neçə ay sonra isə enerjitəhlükəsizliyini təmin edən sualtı kabel layihəsinin komplekstexniki-iqtisadi əsaslandırması hazır olacaq. Hazırda 4 qiqavattbərpa olunan enerji üçün texniki-iqtisadi əsaslandırmahazırlanır.
Bir qədər əvvəl Oksford Enerji Tədqiqatları İnstitutunun (OIES)baş elmi işçisi Culian Boudenin Trend-ə müsahibəsində dediyi kimi, Qara dənizsualtı kabel layihəsi Azərbaycanın etibarlı enerji tədarükçüsü kimirolunu möhkəmləndirəcək. O, Azərbaycan qazının artıq Avropanındekarbonizasiyasında həlledici rol oynadığını qeyd edib.
Fəlsəfə doktoru, "Atlantik Şurası" nəzdində Avrasiya Mərkəzininbaş elmi işçisi, Beynəlxalq Vergi və İnvestisiya Mərkəzinin Enerji,Artım və Təhlükəsizlik üzrə Proqramının idarəedici direktoru ArielKohen Azərbaycanın Avropaya ekoloji cəhətdən təmiz elektrikenerjisinin böyük ixracçısı olmaq niyyətini qeyd edib.
"Azərbaycan 10 qiqavatt gücündə elektrik enerjisinin nəqlinədair anlaşma memorandumları imzalayıb və bunların üçdə biri və yayarısı reallaşdırılarsa, bu, Avropa üçün əsas enerji mənbəyiolacaq. İdeya bu elektrik enerjisinin kabellə Gürcüstansahillərinə, daha sonra isə Qara dəniz vasitəsilə Rumıniyayaixracından ibarətdir. Bunun bir hissəsi Türkiyəyə elektrik şəbəkəsivasitəsilə daxil olacaq. Bu, ixrac üçün əlçatan qazın kəmiyyətiniartıra və Azərbaycanı elektrik enerjisinin böyük ixracçısı edəbilər", - deyə o bildirib.
Həqiqətən də, bu layihə artıq sazişi imzalamış ölkələrinhüdudlarından kənara çıxa bilər, belə ki, bütün Avropada elektrikşəbəkələrinə qoşulma yaxşı inkişaf edib. Avropanın enerji sisteminəinteqrasiya zamanı Azərbaycanda hasil olunan elektrik enerjisiAvropanın hissəsinə daxil ola bilər və mənbəyi Azərbaycanın bərpaolunan enerji mənbələri (BEM) ola bilər.
Müxtəlif enerji resurslarına, xüsusən bərpa olunan enerjimənbələrinə artan tələbatı nəzərə aldıqda Türkmənistan vəQazaxıstan da özlərinin geniş BEM resurslarının Avropaya ixracıüçün Azərbaycanla yanaşı "yaşıl dəhliz" təşəbbüsünə qoşulabilərlər. Türkmənistan artıq Xəzər dənizi vasitəsilə Azərbaycana vəTürkiyəyə elektrik enerjisi tədarük etməyə hazır olduğunu bildirib.Hazırda ölkə Özbəkistan və Qırğızıstan kimi qonşu ölkələri elektrikenerjisi ilə təmin edir. Bu yaxında Xəzər dənizinin Türkmənistansahilində Türkmənbaşı şəhəri yaxınlığında 1574 meqavatt gücündəyeni elektrik stansiyasının təməli qoyulub.
2022-ci ilin sonundakı məlumatlara əsasən, Qazaxıstanda ümumigücü 2400 meqavatt olan 130 bərpa olunan enerji obyekti istismarolunur. Öncəki il ölkədə bərpa olunan enerji istehsalı 5,11 milyardkilovatt-saata çatıb ki, bu da elektrik enerjisi istehsalının ümumihəcminin 4,53 faizini təşkil edir. 2023-cü ildə bu göstəricinin 5faizə çatacağı gözlənilir. Bundan başqa, 2022-ci ildə ümumi gücü385 meqavatt olan və 180 milyard tenge (374 milyon dollar)dəyərində investisiyaların qoyulduğu 12 bərpa olunan enerji obyektiistismara verilib. Bu il ümumi gücü 276 meqavatt olan 15 obyektinistismara veriləcəyi gözlənilir.
Bundan başqa, Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi iləfiber-optik kabel çəkilişi üzərində çalışmaqla, perspektiv layihədəfəal iştirak edirlər. Təkcə bu təşəbbüs Avropa ilə Asiya arasındarəqəmsal telekommunikasiya dəhlizi yaratmaqla rabitə xidmətlərigöstərmək üçün rəqəmsal infrastrukturun inkişafına mühüm töhfəvermək potensialına malikdir.
Azərbaycanın Avropanın maraqlarına cavab verən hazırki səyləriregionda kəskinləşən enerji böhranının yumşalmasına daha səmərəliyanaşma nümayiş etdirir. Bu ideyanı dəstəkləmək naminə konsensus vəAzərbaycanla əməkdaşlığa maraq artmağa davam edir. Bununla əlaqədarolaraq, Mərkəzi Asiya iqtisadiyyatlarının Azərbaycan tərəfindənhəyata keçirilən təşəbbüslərə qoşulma perspektivləri olduqcaəlverişlidir.
(Tərcümə: Rəna Əbdürəhmanova)