RU

Renduliç Xorvatiya mətbuatına “Qarabağ”dan danışdı

“Sabah”ın xorvatiyalı baş məşqçisi Krunoslav Renduliç ölkəsinin mətbuatına açıqlama verib.

Publika.az xəbər verir ki, o, Çempionlar Liqasının pley-offunda “Dinamo” (Zaqreb) ilə qarşılaşacaq “Qarabağ” barəsində danışıb.

Renduliç məlumat toplamağa çalışan “Veçernji”nin əməkdaşına vacib siqnallar ötürüb:

“Dinamo” əlbəttə ki, fərdi olaraq daha yaxşıdır, amma iki bərabər oyun gözləyirəm. “Dinamo” onları ciddi qəbul etməlidir, əks halda yaxşı olmayacaq.

“Qarabağ”ın ən böyük keyfiyyətləri Avropada oynamaqla bağlı zəngin təcrübələridir. Onlar komandanı dəyişməyiblər, yalnız qapıçıları Andrey Lunyovu Moskva “Dinamo”suna buraxıblar. Əvəzində bizim Buntiçi (qapıçı Fabiyan Buntiç Xorvatiya əsillidir və bu ölkənin aşağı yaş qruplarından ibarət milli komandarında forma geyinib – red.) və polşalı Koçalskini gətirdilər.

Düzdür, mən “Sabah”la onları çempionatda məğlub etmişəm. Bunu necə bacarmışıq? “Qoriça” və ya “Slaven Belupo” “Dinamo”nu necə məğlub edə bilibsə, biz də elə.

“Qarabağ” daxili liqada, ümimiyyətlə öz meydanında dominant komandadır, hətta bunu “Bayer Leverkuzen”lə Avroliqa matçında da nümayiş etdirdilər. Onlar bütün mövqelərdə güclüdürlər, yaxşı əcnəbiləri var və bütün yaxşı azərbaycanlı futbolçular onların heyətində oynayır. Bu komanda hücumda son dərəcə güclüdür, çoxlu istedada malikdir. Daxili liqada qayda belədir ki, ilk “11-lik”də dörd azərbaycanlı oynamalıdır, Avropada isə imkan daxilində öz əcnəbilərindən istifadə edirlər. Braziliyalı Juninyo çox yaxşı hücumçudur və istənilən komandanı sıradan çıxara bilər. Keçən avrokubok mövsümündə Leverkuzen nəhəngini “öldürdü”, hər iki oyununda qol vurdu! “Qarabağ” topa sahib olmaq baxımından yaxşıdır, amma həqiqətən də öldürücü hücum xətti var: Juninyo, əlcəzairli Benzia və fransız Zubir – bu üçlük “cəhənnəm oyunçuları”dır. Topda güclü, gözlənilməz. ..

Избранный
38
9
publika.az

10Источники