RU

Amfibiya təyyarəmizin Türkiyədəki yanğınlarla mübarizə görüntüləri - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədəki güclü meşə yanğınları ilə mübarizə tədbirlərinə köməklik göstərilməsi məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi yanğınsöndürmə əməliyyatını davam etdirir.

Avtosfer.az FHN-ə istinadən xəbər verir ki, ötən gün ərzində Muğla-Ula istiqamətində fəaliyyət göstərmiş təyyarə 12 dəfə suboşaltma əməliyyatı yerinə yetirməklə meşədəki yanğın ocaqlarına ümumilikdə 114 ton su töküb.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Избранный
63
49
avtosfer.az

10Источники