RU

Azərbaycanın basketbol yığmaları Avropa Kubokunda mübarizə aparacaqlar

Azərbaycanın

Bakı, 19 avqust, AZƏRTAC

Azərbaycanın 3x3 basketbol üzrə kişi və qadın yığmaları Avropa Kubokunda mübarizə aparacaqlar.

Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, mübarizəyə ilk olaraq qadın millisi start verəcək.

Kollektiv ilk qrup oyununu avqust 22-də Bakı vaxtı ilə saat 15:40-da İspaniya, ikinci qrup matçını saat 19:15-də Avstriyaya qarşı keçirəcək.

Kişilərdən ibarət millinin qrupdakı rəqibləri isə Avstriya və Niderland seçmələridir. Yığma ilk qrup oyununda Bakı vaxtı ilə saat 15:40-da Niderland, ikinci görüşündə isə saat 19:15-də Avstriya ilə üz-üzə gələcək. Hər iki qarşılaşma avqustun 23-də oynanılacaq.

Qruplarda ilk iki sıranı tutmuş komandalar 1/4 finala vəsiqə qazanacaqlar.

Yarışlar avqustun 22-25-də Avstriyanın paytaxtı Vyana şəhərində təşkil olunacaq.

Избранный
19
1
azertag.az

10Источники