
Astana, 19 avqust, AZƏRTAC
Qazaxıstanın Baş sanitar həkim səlahiyyətlərini icra edən Nurkan Sadvakasov xəstəxanalarda tibb işçiləri üçün maska rejiminin tətbiqini nəzərdə tutan qərar imzalayıb.
AZƏRTAC-ın məlumatına görə, sənədə əsasən, maska taxmaqla yanaşı, tibb müəssisələrində dezinfeksiya rejimi də gücləndiriləcək.
Bundan əlavə, vilayət və şəhərlərin səhiyyə idarələrinin rəhbərlərinə sentyabrın 1-dən başlayaraq, qripə qarşı peyvənd kampaniyasına hazırlıq görülməsi tapşırılıb.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana