RU

“Turan Tovuz”dan yubiley qələbə

“Turan Tovuz” Azərbaycan Premyer Liqasında yubiley qələbəsini qazanıb.

Oxu24.com Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Kurban Berdıyevin yetirmələri III turda “Kəpəz”i səfərdə məğlub edib – 3:0.

Bu, Premyer Liqada 3-cü mövsümünü keçirən klubun 75-ci matçı və 25-ci qələbəsi olub. “Turan Tovuz” evdə 13, səfərdə 12 dəfə qalib gəlib.

Qərblilər cari mövsümün ilk üç turunda qol buraxmayıblar. Bu, son 4 mövsümdə ilk belə seriyadır. Çempionatın ilk üç oyununda qol buraxmayan sonuncu komanda “Şamaxı” olub. “Keşlə” adlanan klub üçün 2020/2021-ci illər mövsümünün startı uğurlu alınıb.

Избранный
22
22
oxu24.com

10Источники