Bayramov İSESKO-nun baş direktoru ilə görüşdü - Foto
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Mərakeşə rəsmi səfəri çərçivəsində İSESKO-nun baş direktoru Salim əl-Məliklə görüşüb.BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb.Qeyd olunub ki, tərəflər ikitərəfli əməkdaşlıq gündəliyini və mədəniyyətlərarası tolerantlığın və dialoqun təşviqi üzrə birgə layihələri müzakirə ediblər.